Şəfəqə Doğru » Manşet » Narkotik satışında təqsirli bilinən şəxs azadlığa buraxıldı

Narkotik satışında təqsirli bilinən şəxs azadlığa buraxıldı

Narkotik satışında təqsirli bilinən şəxs azadlığa buraxıldı

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Elşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Elşən Əkbərov barəsində ittiham məhkəmə istintaqı dövründə öz təsdiqini tapmadığı üçün barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Elşən Əkbərov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.