Şəfəqə Doğru » Manşet » 11 iyul Ümumdünya Əhali Günüdür

11 iyul Ümumdünya Əhali Günüdür

11 iyul Ümumdünya Əhali Günüdür

İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu gün ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd edilib.

Məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Son açıqlamalara əsasən, dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötüb. Əhalisinin sayına görə ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Azərbaycan 9 milyon 843 mindən çox əhalisi ilə 89-cu yerdədir.