Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə, qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası vətəndaşları-İsmayılov Mahmud Elman oğlu, Nəsirov-Zibai Ceyhun İbrahim oğlu və Babaşov Azad Vaqif oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Belə ki, Mahmud İsmayılov və Azad Babaşovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq, Ceyhun Nəsirov-Zibainin isə xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.