Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.
Shafaqadogru.com xəbər verir ki, qadın əlində sellofanla zibil qutularının yerləşdiyi əraziyə gəlib. Orada ətrafı müşahidə etdikdən sonra ilk olaraq əlindəki zibili, sonra isə körpəsini qutuya ataraq ərazidən uzaqlaşıb.
Qeyd edək ki, körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.