Xankəndidəki separatçılar halqanın daraldığını görüncə, ard-arda təxribatlar törətməyə cəhd edirlər.
Onlar hər vəchlə çalışırlar ki, erməni əhalisinin Azərbaycana reinteqrasiyasının qarşısını alsınlar. Qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyan ermənilərin qorxu altında saxlanmasına rəhbərlik edir.
Shafaqadogru.com xəbər verir ki, Vardanyan növbəti dəfə ermənilərə müraciət edib. O, şura yaratdıqlarını və bunun vasitəsilə müqavimət hərəkatı formalaşdırdıqlarını bildirib. Vardanyan bəyan edib ki, heç bir halda təslim olmayacaqlar:
“Əminəm ki, doğru yoldayıq. Biz tabe olmayacağımızı, Azərbaycanın bir hissəsi olmayacağımızı açıq şəkildə deyəcək gücə çevrilməliyik”.
Əslində separatçıların belə davranışı Azərbaycana anti-terror əməliyyatına başlamaq üçün hər cür əsas verir.