Şəfəqə Doğru » Manşet » BDYPI-nin Tovuz RQI və TBŞ-nin əməkdaşları vətəndaşların ciblərini necə soyurlar?

BDYPI-nin Tovuz RQI və TBŞ-nin əməkdaşları vətəndaşların ciblərini necə soyurlar?

BDYPI-nin Tovuz RQI və TBŞ-nin əməkdaşları vətəndaşların ciblərini necə soyurlar?

   Bu gün Qazax rayon Daş Salahlı kənd sakini  Pənahov  Vəli Furidin oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub.    

 Vətəndaş öz  müraciətində bildirir: 

Hörmətli redaktor,

 Yazıb bildirirəm ki, dünən, 19.07.2023  tarixində qızım Aynur Pənahovanın adına qeydiyyatda olan,  2.0 l mühərrik həcmlı,  "Fort Fusion" marka-model  minik avtomobilini mənim adıma  qeydiyyata aldırmaq üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  BDYPİ-nin Tovuz RQİ  və TBŞ-nə müraciət etdim. Avtomobilin mənim adıma sənədləşdirilməsi üçün, həmin adı çəkilən idarənin beşinci otağında yekun sənədi  sənədləşdirərkən məndən (280) iki yüz səksən manat pul tələb etdilər. Tələb üzərinə mən həmin məbləği ödədim. Bundan daha əvvəl isə 3-cü otaqda mənə on bir manat ödətmişdilər. Yəni, avtomobilin mənim adıma sənədləşdirilməsi üçün, məndən cəmi (291) iki yüz doxsan bir manat pul aldılar. Mən eyni məqsədlə həmin idarədə olan bir neçə nəfərdən də soruşaraq maraqlandım. Onlar bildirdilər ki, idarədə sənədləşmə üçün  hamısına  250-300 azn civarında pul ödətdirilib. Daha sonra isə öz həmkəndlim,   jurnalist  Neymət Novruzovla rastlaşdım o da həmin idarədə öz  avtomobilini sənədləşdirib çıxırdı . Ondan da nə qədər ödədiyini soruşdum o, 127 manat ödədiyini bildirdi .Belə çıxır ki, o jurnalist olduğuna görə, artıq pul ala bilməmişlər. Məni və digərlərini aldadaraq 2 və 3 dəfə baha qiymətinə sənədləşdirmişlər. Odur ki , sizdən xahiş edirəm adı çəkilən idərənin başıma gətirilənləri qəzetiniz vasitəsi ilə ictimailəşdirəsiniz.

Tarix :20.07.2023.

Qeyd:

Bir  vətəndaş və həm də, bir  mətbuat işçisi olaraq bildirməliyəm ki, həmin gün mən də sözügedən idarədə idim və  həmin hadisənin şahidi oldum. Orada mənə də "sənin avtomobilinin sənədləşməsi 250 manat edir, ancaq biz sizin KİV nümayəndəsi olduğunuzu nəzərə alaraq avtomobilinizi 127 manata sənədləşdiririk" dedilər.

Çox maraqlıdır. Necə ola  bilər ki ,  mənim avtomobilim 127 manat digərləri isə 250-300 manat civarında sənədləşdirirlir.

Qarşı tərəfi dinləməyə və dərc etməyə hazırıq.