Bu gün gecə saatlarında Moskvaya pilotsuz uçan aparatlarla (PUA) hücum cəhdi edilib, lakin Rusiya Müdafiə Nazirliyinin qüvvələri tərəfindən vurulub.
Shafaqadogru.com TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Dağıntı və itki yoxdur”, - S. Sobyanin teleqram kanalında bildirib.
Qeyd edək ki, iyulun 24-ü də Moskvanın PUA-larla atəşə tutulduğu barədə məlumat yayılmışdı.