Əgər o zaman Nikola Teslaya lazımı qədər maliyyə dəstəyi verilsəydi, bəlkə də bu gün evlərimizdə elektrikə olan çıxışımız pulsuz olardı...
Finlandiyada Aalto Universitetinin tədqiqatçıları naqillərdən istifadə etmədən elektrik cərəyanını 18 sm məsafəyə ötürməyi öyrəniblər. Onlar 7,2 sm diametrli iki naqil qarqaradan istifadə ediblər və elektrik enerjisini 80% inanılmaz səmərəliliklə ötürmə qabiliyyətini araşdırıblar.
Shafaqadogru.com İsrail mediasına istinadla xəbər verir ki, bu haqda universitetin rəsmi saytı məlumat yayıb.
Alimlərin izah etdiyi kimi, simsiz enerji doldurma ilə bağlı əsas problem cihazlar - ötürücü platforma və cihazın özü arasında məsafənin artması ilə şarj səmərəliliyinin çox tez aşağı düşməsidir. Bundan əlavə, enerjinin ötürülməsinə ötürücü və qəbuledici qarqaralardan gələn radiasiya da maneə törədir.
Aalto komandası uzun məsafələrə enerji ötürülməsinin səmərəliliyini artırmaq üçün yeni dinamik simsiz enerji doldurma nəzəriyyəsini işləyib hazırlayıb.
Tədqiqat zamanı alimlər iki çərçivə antenasından istifadə ediblər. Onlar halqalardakı radiasiya müqavimətini aradan qaldıra və antenalardakı cərəyanları dəyişdirərək enerji ötürmə prosesini yaxşılaşdıra biliblər. Hətta 18 sm məsafədə enerji ötürmə səmərəliliyi 80% -dən çox olub.
Xatırladaq ki, bəzi məlumatlara görə, naqilsiz enerji ötürülməsini ilk dəfə XX əsrin əvvəllərində serb əsilli Amerika alimi Nikola Tesla kəşf edib. Lakin onun bu kəşfinin üzə çıxmasına bəzi transmilli şirkətlər imkan verməyib. Belə hesab edilir ki, əgər o zaman Nikola Teslaya lazımı qədər maliyyə dəstəyi verilsəydi, bəlkə də bu gün evlərimizdə elektrikə olan çıxışımız pulsuz olardı...
S.Laçın