Şəfəqə Doğru » Manşet » Rusiyada zavoddakı partlayış nəticəsində 12 nəfər itkin düşüb, 100-dən çox bina zədələnib

Rusiyada zavoddakı partlayış nəticəsində 12 nəfər itkin düşüb, 100-dən çox bina zədələnib

Rusiyada zavoddakı partlayış nəticəsində 12 nəfər itkin düşüb, 100-dən çox bina zədələnib

Ötən gün, avqustun 9-da Rusiyanın Moskva vilayətinin şimal-şərqində yerləşən Sergiyev Posad şəhərində yerləşən Zaqorsk Optik-Mexaniki zavodda baş vermiş partlayış nəticəsində 110-dan çox bina zədələnib.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən tikililər arasında həm inzibati binalar, həm də fərdi yaşayış binaları var.

Məlumata görə, hadisə nəticəsində 12 nəfər itkin düşüb.

Xatırladaq ki, partlayış nəticəsində 52 nəfər yaralanıb.

Faktla bağlı cinayət işi açılıb.