Şəfəqə Doğru » Manşet » Kərəm Mustafayev MAXE-ləri öz tikintisində işlədir... - "Mənim kimi tikinti işlərindən başı çıxan əsgər və MAXE-ləri seçir"

Kərəm Mustafayev MAXE-ləri öz tikintisində işlədir... - "Mənim kimi tikinti işlərindən başı çıxan əsgər və MAXE-ləri seçir"

Kərəm Mustafayev MAXE-ləri öz tikintisində işlədir... - "Mənim kimi tikinti işlərindən başı çıxan əsgər və MAXE-ləri seçir"

Naxçıvanda əsgər və MAXE-lər hərbi xidmət keçmək yerinə, mülki tikintidə fəhlə əvəzi işlədilirlər. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a onların özləri məlumat verib. Hərbçilərin sözlərinə görə, onları fəhlə yerinə işləməyə general-polkovnik Kərəm Mustavayevin qardaşı Nemət Mustafayev məcbur edir. Kərəm Mustafayev Naxçıvan Ümumqoşun Ordusunun komandanı, müdafiə nazirinin müavinidir.
Hərbçilər deyir ki, generalın qardaşı tikinti şirkətləri ilə sözləşib, əsgərləri fəhlə, yaxud usta kimi ora göndərir. Hərbçilərin gördüyü işin müqabilində veriləcək maaşı isə alıb, qardaşı Kərəm Mustafayevlə bölüşür.
Paylaşdığımız şəkildə gördüyünüz mülki formadakı fəhlələr də əslində hərbçilərdir. Onlar Naxçıvan şəhərindəki „Hakim Plaza”nın qarşısındakı tikintisi davam edən parkda fəhlə yerinə işləməyə məcbur edilirlər. Hazırda onlar burada hovuz tikintisi ilə məşğuldurlar.
Hərbçilərdən B.B deyir ki, hər gün yüzlərlə hərbçi fəhlə formasını geyinib, tikintilərə göndərirlər:
“Nemət Mustafayev hərbi hissələri gəzib, mənim kimi tikinti işlərindən başı çıxan əsgər və MAXE-ləri seçir. Sonra generalın göstərişi ilə bizə mülki paltar geyindirib, tikintidə qul kimi işləməyə aparırlar. Bizə maaş nədir, 14 saat işlədib, yemək də vermirlər. Ən ağır işlərə göndərirlər. Biz vətəni qorumaq üçün hərbi xidmətə gəlmişik, fəhlə işləməyə yox. Səsini çıxarana, etiraz edənə saxta cinayət işi açırlar, ən yaxşı halda ucqar yerlərə xidmətə göndərirlər. Bizim gördüyümüz işə görə yazılan maaşı Nemət Mustafayev qol çəkib, götürür. Hər gün yüzlərlə hərbçi fəhlə kimi işlədilir. İndi, hesablayıb görün nə qədər pul edir”.
Digər hərbçi A.R isə deyir ki, fəhlə işləməkdən imtina etdiyi üçün, ona saxta cinayət işi açıblar:
“Bir ildən çoxdur ki, hərbi xidmətdəyəm, silah üzü görməmişəm. Silahımız lapatka və maladır. Sabah bir şey olsa, silahı verəcəklər ki, get, döyüş. Hərbçinin fəhlə yerinə qul kimi işlədilməsi Ali Baş Komandan İlham Əliyevə təhqirdir. Axı, biz onun qalib ordusunun əsgərləriyik. Bu hərəkətlə onu da gözdən salırlar. Mən bir dəfə etiraz etdim, cinayət işi açıb, içəri saldılar. Məcbur qalıb, razılaşdım, buraxdılar. İndi hər gün səhər 6-da durub, hərbi hissəni tərk edib, tikintidə işləməyə gedirəm. 10-larla hərbi maşın mənim kimi fəhlə hərbçilərə xidmət edir. Yəni, səhər işə aparıb, axşam da hərbi hissəyə qaytarır. Bu, qalib ordunun adına biabırçılıqdır”.

Shafaqadogru.com Dia.az-a isdinadən bildirir.

Kərəm Mustafayev MAXE-ləri öz tikintisində işlədir...