Hindistanın qərbindəki Maharaştra əyalətinin dövlət xəstəxanasında 24 saat ərzində ən azı 18 xəstənin ölümü ilə bağlı araşdırma aparılmağa başlanılıb.
Shafaqadogru.com Haber Globala istinadla xəbər verir ki, ölümlər ölkənin maliyyə paytaxtı Mumbaydan təxminən 25 km şimal-şərqdə, Kalva ştatının Thane şəhərindəki Maharaj Memorial Xəstəxanasında baş verib.
Xəstəxana regionda yeganə böyük üçüncü dərəcəli tibb mərkəzidir. Cümə axşamına olan məlumata görə, 24 saat ərzində xəstəxanada 18 xəstə dünyasını dəyişib, onlardan 13-ü reanimasiya şöbəsindədir. Maharaştra Baş Naziri Şinde vəziyyəti bir bədbəxtlik kimi qiymətləndirib və müstəqil istintaq komitəsi qurduğunu söyləyib.
"Hökumət hadisəyə çox ciddi yanaşdı və hərtərəfli araşdırma aparmaq üçün Səhiyyə Direktorunun sədrliyi ilə komitə təyin olunacaq. Hesabat əsasında hərəkətə keçiləcək", - Şinde deyib.
Ölənlərdən 12-nin yaşı 50-dən yuxarı olub. Səlahiyyətlilər ölənlər arasında 10 qadın və 8 kişinin olduğunu bildirib. Xəstələrin ailələri səhlənkarlıq iddiaları ilə çıxış edərək onlarda oksigen çatışmazlığı olduğunu bildiriblər. Onlar həkimlərin və tibb işçilərinin fəaliyyətinin dayandırılmasını və hökumətdən təzminat tələb edirlər.
Thane bələdiyyə komissarı bir neçə ağır xəstənin başqa xəstəxanaya göndərildiyini açıqlayıb. "Xəstələrdə böyrək daşı, xroniki iflic, xoralı pnevmoniya və kerosin zəhərlənməsi kimi ağırlaşmalar olub" -deyən, bələdiyyə komissarı əlavə edib: "Müalicə prosesi araşdırılacaq və mərhumun yaxınlarının ifadələri qeyd olunacaq. Vəziyyəti ağır olan xəstələrin bəziləri digər xəstəxanalara göndərilib”.
Xatırladaq ki, avqustun 10-da eyni xəstəxanada 5 xəstə dünyasını dəyişmişdir.