CNN telekanalı iyulun 17-də Krım körpüsünün partladılmasının görüntülərini yayıb.
Shafaqadogru.com xəbər verir ki, videonu telekanala Ukrayna Təhlükəsizlik Xidməti təqdim edib.
CNN-in əldə etdiyi görüntülər Ukraynaya məxsus PUA və həmçinin körpünün üstündəki videokameralardan birindən götürülüb. Videodan belə görünür ki, körpü 2 yerüstü pilotsuz maşın tərəfindən partladılıb.
UTX bildirib ki, dronlar körpünün beton dayaqlarına təxminən 850 kq partlayıcı çatdıra bilib.