Şəfəqə Doğru » Manşet » Rusiya hərbiçiləri Türkiyə gəmisinə atəş açdı — Rəsmi Ankara xəbərdarlıq etdi (VİDEO)

Rusiya hərbiçiləri Türkiyə gəmisinə atəş açdı — Rəsmi Ankara xəbərdarlıq etdi (VİDEO)

Rusiya hərbiçiləri Türkiyə gəmisinə atəş açdı — Rəsmi Ankara xəbərdarlıq etdi (VİDEO)
Türkiyə dövləti Rusiya tərəfinə Qara dənizdə gərginliyi artıran insidentlərin təkrarlanmasının qarşısının almağa çağırıb.

Shafaqadogru.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin tabeliyində olan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.

Açıqlamaya səbəb ötən gün Türkiyənin “Şükrü Okan” yük gəmisinin yoxlanılması ilə bağlı insidentdir.

“Gəmiyə qarşı görülən tədbirlərdən sonra Qara dənizdə gərginliyi artıra biləcək bu cür təşəbbüslərdən yayınmağın zəruriliyi Rusiya tərəfinə lazımi şəkildə göstərilib”, – Türkiyə dövlətinin bəyanatında deyilir.

Xatırladaq ki, avqustun 13-də Rusiya dəniz patrulu Ukraynanın İzmail limanına gedən “Şukryu Okan” gəmisini yoxlamaq üçün xəbərdarlıq atəşi açıb.