Ermənistan mətbuatı yazır ki, 10 Türkiyə və 2 Azərbaycan vətəndaşı sığınacaq almaq üçün Ermənistanın müvafiq orqanlarına müraciət edib. Təkcə türklərə deyil, özlərindən başqa digər xalqlara gecə-gündüz nifrət püskürən ölkədə necə yaşamaq olar? Nəsə qəliz söhbətdir. Məncə, müraciət edənlər Türkiyə və Azərbaycan pasportuna sahib olsalar da əslində etnik baxımdan ermənidirlər.
Bilməyənlər üçün onu da deyim ki, Ermənistan əhalisinin 99.9 faizi ermənilərdən ibarətdir. Dünyanın heç bir yerində belə bir nisbət yoxdur. Bu fakt özlüyündə Ermənistanın faşist bir ölkə olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur...
Elbəyi Həsənli - DİA.AZ