Şəfəqə Doğru » Manşet » Ağstafa rayonunda örüş yerləri və meşələr qanunsuz olaraq əkin sahələrinə çevrilib.

Ağstafa rayonunda örüş yerləri və meşələr qanunsuz olaraq əkin sahələrinə çevrilib.

Ağstafa rayonunda  örüş yerləri   və meşələr   qanunsuz olaraq əkin sahələrinə çevrilib.

Başlıqdan da  göründüyü kimi , bu günlərdə redaksiyamıza bir məlumat daxil olub.

Məlumatda bildirirlir ki ,Ağstafa rayonunda bütün örüş sahələri  kənd bələdiyyələrinin razılığı və icra hakimiyyəti başçısının müavinlərinin tapşırığı ilə, xüsusən də icra hakimiyyətinin birinci müavini Müşfiq  Hüseynovun göstərişi və rəhbərliyi ilə, icarədarlara, hektara  görə rəsmi qiyməti  5-6 manatdan sənədləşdirilərək,  200 manatdan satılmışdır. Siyahısı əlimizdə olan icarədarlar isə, həmin örüş yerlərini başqa icarədarlara bir hektarını 400 manatdan əkin əkmək üçün satmışdır.Həmin sahələrin bir çoxlarının kimə məxsus olduğu və nə əkildiyi barədə əlimizdə şəkil və çəkilişlər vardır.Satılan sahələr xususi ilə köhnə öncələrdən icra nümayəndəsi,sofxoz direktoru ,icra hakimiyyətində işləmiş adamlar ,və varlı iş adamlarına 100-lərlə hektar satılmışdır.Yəni , yoxlanılsa ki, buda çətin bir iş deyildir. Çünki ,əvəllər icra hakimiyyətində torpaq şöbəsinin müdiri işləmiş,  hal- hazırda icra hakimiyyətində iqtisadiyyat şöbəsində (özünün dediyinə görə) məsləhətci vəzifəsində işləyən, soyadını bilmədiyimiz Rizvan adlı şəxs bu sahələrin hamısının ölçülüb –biçilməsində və satılmasında "ara adam"ı olduğu  bildirilir. Yəni bütün sahələrin xəritələri və ölçüləri hamısı onun əlindədir.Bu işdə ən məlumatlı adam o sayılır.  Bütün bunlarla əlaqədar, araşdırmamız davam edir.


 Növbəti sayımıza icarədarların adlarını və sahələrinin nə qədər olduğunu dəqiqləşdirib  və hələ Ceyrançöl tərəfdə verilən örüş yerlərinin ərazilərini və sahiblərini də araşırıb yazacağıq.  

Hörmətli oxucular ən dəhşətlisi də budur ki, əkilməsi qadağan olunan yovşanlıq sahələr  və kürün o tayında 350 hektar qırmızı kitaba düşmüş qızıl ulğunluq deyilən  bir sahə bütünlüyü ilə əkin altına satılmışdır. Adının çəkilməsini isdəməyən mənbənin dediyinə görə ,bu torpaqların  çoxunun icarədarlara verilib  sənədləşdirilməsində  icra başçısının birinci müavini  Müşfiq  Hüseyinovun   əli var, daha doğrusunu desək ,150 hektar  ərazinin.

"ŞəfəqəDoğru" redaksiyası mövzu  ilə əlaqədar qarşı tərəfin fikirlərini dinləməyə və   dərc  etməyə hazırdır.

Araşdırmamız davam edir.

Neymət  Novruzlu.