Türkiyənin Malatya vilayətində yenidən zəlzələ olub.
Shafaqadogru.com xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 5 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra şəhərdə panika yaşanıb, insanlar evlərindən küçələrə axışıb.
Daxili işlər naziri Ali Yerlikaya zəlzələ ilə bağlı araşdırmalara başladıqlarını bildirib. Malatya valisi Ersin Yazıcı da “TRT Haber” telekanalına açıqlamasında heç bir neqativ hal olmadığını və axtarışları davam etdirdiklərini deyib. Yazıcı vətəndaşların ağır zədələnmiş binalardan uzaq durması lazım olduğunu bildirib.