Şəfəqə Doğru » Manşet » Səhiyyəmiz bərbadlığını xaricədə göstərdi - Bakıda zəhərlənən alman uşağın dalınca Almaniyadan həkim göndərildi.. FOTO

Səhiyyəmiz bərbadlığını xaricədə göstərdi - Bakıda zəhərlənən alman uşağın dalınca Almaniyadan həkim göndərildi.. FOTO

Səhiyyəmiz bərbadlığını xaricədə göstərdi - Bakıda zəhərlənən alman uşağın dalınca Almaniyadan həkim göndərildi.. FOTO

Deməli, Bakıya turist kimi gələn Almaniyalı ailənin 5 yaşlı övladı kimyəvi məhlul içərək zəhərlənib.Toksikoloji mərkəzə yerləşdirilən uşağın vəziyyəti barədə bizim həkimlər dəqiq bir söz deməyərək, yalnız 15 saatdan sonra bir şey deyəcəklərini bildiriblər.İşə Almaniya səfirliyi qarışıb.Almaniyadan Reaktiv mühərrikli təyyarə 3 saata Bakıya çatıb.

Təyyarədə gələn həkim uşağın vəziyyətini və xəstəxanadakı şəraiti görəndən sonra təcili Almaniyaya aparılmaq qərarı verib. Almaniya hökuməti 5 yaşlı vətəndaşının xilas olunması üçün 200 min avroya yaxın vəsait xərcləyib.
Alman həkim Klaus Eder bildirib ki, "biz 15 saat gözləyə bilməzdik. Uşağın vəziyyəti ağır idi. Ola bilər azərbaycanlı həkimlər başqa cür düşünürdü"
Budur bir dövlətin öz vətəndaşına olan həqiqi qayğısı, münasibəti və Azərbaycan səhiyyəsinin beynəlxalq imici!
Zaur Akbar
Teref.az