Türkiyədə çayxanaların birində silahlı insident olub. Shafaqadogru.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Güngören rayonunda baş verib. Qarşıdurma zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Türkiyədə silahlı insident olub - Ölənlər və yaralananlar var
31-08-2023, 10:37 326