Ermənistanın Brüssel və Praqada əldə olunmuş razılaşmalara, habelə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı anlaşmalara sadiqliyini vurğulayıram.
Shafaqadogru.com Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Çıxışında Azərbaycan əleyhinə təxribatçı və hədsiz ifadələrə yer verən baş nazir Laçın yolu ilə bağlı “blokada” ifadəsini işlədib. Eyni zamanda, Qarabağ erməniləri ilə rəsmi Bakının nümayəndələri arasında dialoqun və Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyinin təmin edilməsi”ndən danışıb. Bütün bunları dilə gətirərən Xankəndini "stepanakert", Qarabağın erməni sakinlərini isə "dağlıq qarabağ xalqı" adlandırır.
“Bütün bunlara əsaslanaraq Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanması sazişini imzalamağa hazırdır”, - Paşinyan bildirib.