ABŞ-ın keçmiş prezidenti, 77 yaşlı Donald Tramp bildirib ki, ölkənin hazırkı lideri Co Bayden ölür və o, 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak edə bilməyəcək.
Shafaqadogru.com bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Co Bayden… Düşünürəm ki, o, ölür. Şəxsən mən onu prezidentlik yarışında görmürəm”, – deyə Tramp amerikalı radio aparıcısı Hugh Hewitt-ə müsahibəsində bildirib.
ABŞ-ın keçmiş prezidenti hesab edir ki, Bayden Amerika hökumətinə rəhbərlik etmək iqtidarında deyil və bunun əvəzinə onun ətrafı bunu edəcək: “Ona baxanda görürəm ki, bədəni tükənib, ağlı daha da tükənib”, – deyə Tramp bildirib.