Şəfəqə Doğru » Manşet » AZƏRBAYCAN 13 VİLAYƏTƏ BÖLÜNÜR, İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR….

AZƏRBAYCAN 13 VİLAYƏTƏ BÖLÜNÜR, İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR….

AZƏRBAYCAN 13 VİLAYƏTƏ BÖLÜNÜR, İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR….
Regionlara investorların cəlb edilməsi üçün idarəetməni dəyişmək və sadələşdirmək vacib şərtlərdən biridir. Prezidentin rayon icra hakimiyyətlərinin başçılarına "investor cəlb etmək” tapşırığının icrası demək olar ki, sıfır səviyyəsindədir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki qaynaqlardan məlumat daxil olub.
Mənbənin məlumatına görə, hazırkı bürokratik sistem, rayon icra başçılarının korperativ maraqları, ən başlıcası isə iri biznes qruplarının maraqlarını qoruması əlverişli biznes mühitinin formalaşmasını əngəlləyir. Bunun üçün regional idarəetmə qaydaları dəyişməli, bürokratik maneələr aradan qaldırılmalıdır. Ən mühümi isə icra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması nəzərdə tutulur.
Mənbənin sözlərinə görə, artıq müəyyən nazirliklər də də regional idarəetməyə keçib: "Vergilər Naziliyinin bütün rayonlarda yox, yalnız 15 regional strukturu (Naxçıvan MR Vergilər Nazirliyi və Bakı də daxil olmaqla) mövcuddur. Vergilər Nazirliyinin təcrübəsi göstərdi ki, regional idarəetmə daha səmərəli və effektivdir. Bu zaman həm də nazirliyin saxlanılma xərclərini optimallaşdırmaq asan olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ölkə üzrə 15 regional idarə yaradıb və nəticələr effektivdir. Bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də nazirliyin ölkə üzrə 15 regional mədəniyyət və turizm şöbəsinin təşkil ediləcəyini bildirdi”. Bu prosesə artıq start verilib. Ardıcılıqla bütün nazirliklərin regional idarələrinin yaradılması, sonda isə rayon icra hakimiyyətlərinin ləğvi və Vilayət Administrasiyalarının yaradılması nəzərdə tutulur”.
Mənbənin məlumatına görə, Azərbaycanda 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla 15 regional ərazi vahidi olacaq.
"Vilayətlərin yaradılmasında bir məqsədi də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq”-deyə mənbə bildirib.Shafaqadogru.com istiqlal.az-a istnadən bildirir.