“Artıq uzun müddətdir ki, nəinki İrəvanda, hətta vilayətlərdə də Türkiyə nömrə nişanlı minik və yük maşınlarının maneəsiz hərəkətinin şahidi oluruq”.
Shafaqadogru.com moderator.az-a istinadla xəbər verir ki, bu barədə shamshyan.com məlumat yayıb .
“Hətta Türkiyə nömrəli avtomobillərin xarab olması və erməni sürücülərin saxlayıb onlara kömək etməsi halları da olub. İnternetdə türklərin Türkiyədə Ermənistan nömrəli avtomobillərə necə sataşması ilə bağlı çoxlu videolar da dərc olunub”- xəbərdə belə deyilir.
Xatırladaq ki, bu yaxınlarda Türkiyənin Antalya kurort şəhərində Ermənistan nömrəli avtomobilin fotoları yayılmışdı...