Ötən gecə Bakının Suraxanı rayonu ərazisində nənə, qızı və 3 nəvəsinin parkda gecələməsini əks etdirən görüntülər yayılıb. Shafaqadogru.com “Qafqazinfo”-ya isdinadən xəbər verir ki, videoda yaşlı qadının qızını göstərək onun onkoloji xəstəlikdən əziyyət çəkdiyini deməsi görünür. Görüntülərdə onun nəvəsi olan 3 azyaşlının söhbətgahdakı skamyalarda gecələdiyi də əks olunub. Qadının sözlərinə görə onlar kirayə yaşadıqları mənzildən çıxarılıblar və Suraxanıdakı Neftçilər parkında gecələməyə məcbur olublar. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev saytımızın soruğusuna cavab olaraq bildirib ki, parkda gecələyən şəxslər aidiyyəti üzrə yerləşdirilib: “Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. 1 nəfərin müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlıların isə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə sığınacağa yerləşdirilməsi təmin olunub”.