Sabah Azərbaycanda yeni tədris ili başlayır.
Shafaqadogru.com xəbər verir ki, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.
Yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq.
Eyni zamanda 135 000 uşaq birinci sinifə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb ediləcək.
Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.
Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, 2023-2024-cü tədris ilində Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarət gücləndiriləcək.