Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) avtobusu Laçın rayonu ərazisində qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb.
Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 16-da Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb. Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyə ediliblər.
Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.
ANAMA-nın avtobusu Laçında qəzaya uğrayıb, 3 əməkdaş xəsarət alıb
18-09-2023, 10:19 281