Şəfəqə Doğru » Manşet » Ermənilərin SAVAŞ TƏDARÜKÜ İSRARI: Yenə səngər qazmaq istədilər... - Ağdam istiqamətində...

Ermənilərin SAVAŞ TƏDARÜKÜ İSRARI: Yenə səngər qazmaq istədilər... - Ağdam istiqamətində...

Ermənilərin SAVAŞ TƏDARÜKÜ İSRARI: Yenə səngər qazmaq istədilər... - Ağdam istiqamətində...

: - Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Bu barədə DİA.AZ-a Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.