Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Ukrayna ilə bağlı sülh prosesində uduzan olmayacaq.
Shafaqadogru.com xəbər verir ki, o, bunu Nyu Yorkda Türkiyə-ABŞ birgə şam yeməyində deyib.
Ərdoğan Ankaranın regional və qlobal böhranların həllində artan vasitəçilik rolunu qeyd edib. O vurğulayıb ki, ölkəsi bir çox diplomatik uğurlar əldə edib:
“Biz çoxşaxəli səylərimizi davam etdiririk. Müharibədə qaliblər, sülhdə uduzanlar yoxdur”.