Fransa səfiri girov götürülüb.
Shafaqadogru.com xarici mətbuata istinadla xəbər verir ki, ötən ay dövlət çevrilişinin baş verdiyi Nigerdə Fransanın Niameydəki səfiri Silvain İtte girov götürülüb.
Bu barədə Fransa prezidenti Emmanuel Makron açıqlama verib: "Hazırda Nigerdəki səfirlikdə sözün əsl mənasında girov saxlanılan səfir və diplomatlaırmız var. Onlara yeməklərin çatdırılmasına icazə verilmir. Onlar hərbçilərlə verilən hərbi yeməkləri yeyirlər".
Xatırladaq ki, iyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər Fransanın Niameydəki səfiri Silvain İteyə avqustun 25-də ölkəni tərk etməsi üçün 48 saat vaxt verib, lakin səfir İtte ölkəni tərk etməyib. Həmin vaxtı Fransa elan etmişdi ki,“hərbi xunta Fransa səfirinin ölkədən getməsini tələb edə biləcək bir hakimiyyət deyil.
Bunun üzərinə Niger Xarici İşlər Nazirliyi avqustun 31-də Fransa Xarici İşlər Nazirliyinə göndərdiyi notada səfir İttenin toxunulmazlığının götürüldüyünü və onun deportasiya ediləcəyini açıqlayıb. Notanın ardından Fransanın Niameydəki səfirliyi ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb və səfirliyə daxil olan və çıxan avtomobillər Niger təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılmağa başlayıb.
Eyni şəkildə, paytaxtda fransız əsgərlərinin yerləşdiyi "Niamey 101" adlı hava bazası ətrafında da təhlükəsizlik gücləndirilib.
Tahir
MİA.AZ