“Qarabağdakı sülhməramlıların silahdan istifadə etmək hüququ yoxdur”.
Shafaqadogru.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov “İnterfaks”ın sualını cavablandırarkən deyib:
“Sülhməramlıların özləri heç nə ilə təhdid edilmir, onların silahdan istifadə etmək hüququ yoxdur”, - deyə Kartapolov bildirib.
Qeyd edək ki, Azərbaycan bu gündən etibarən Qarabağda lokal antiterror tədbirlərinə başlayıb.