Moskva vilayətinin Balaşixa şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, partlayışa səbəb qaz sızması olub. Nəticədə doqquz mərtəbəli binanın 3, 4 və 5-ci mərtəbələri uçub. Dağıntılar altında sakinlərin qaldığı bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi qaz partlaması nəticəsində iki nəfərin həyatını itirdiyini açıqlayıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.