Şəfəqə Doğru » Manşet » Zelenski Ağ evin Ukrayna üçün ən vacib qərarını anons edib

Zelenski Ağ evin Ukrayna üçün ən vacib qərarını anons edib

Zelenski Ağ evin Ukrayna üçün ən vacib qərarını anons edib
"Bu silah verilməsə, döyüş meydanında böyük itkilərə gətirib çıxaracaq..."
 
"Müharibəni yaxından görməyənlər hücum edən tərəfin hansı təhlükə ilə üzləşdiyini əslində anlamır..."
 
ABŞ-da rəsmi səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Ağ evin Amerikanın uzaqvuran ATACMS raketlərinin tədarükü üzrə pozitiv qərarını anons edib.
 
Shafaqadogru.com  xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib.
 
Zelenski Ukraynanın uzaq mənzilli raketlərin verilməsinə nail olmağa çalışdığını və bu məsələnin Co Baydenin hələ də nəzərdən keçirdiyini xatırladıb.
 
Zelenski qeyd edib ki, bu silah verilməsə, "bizim üçün böyük itki olacaq" və bu, "döyüş meydanında və başqa yerlərdə böyük itkilərə" gətirib çıxaracaq.
 
Eyni zamanda, Ukrayna prezidenti bəyan edib ki, ATACMS raketləri barədə qərar, böyük ehtimalla, müsbət olacaq. "Bu məsələ finiş xəttindədir, mən buna əminəm", - Zelenski deyib.
 
O, Müdafiə Qüvvələrinin əkshücumu barədə özünün dəyərləndirməsini ifadə edib və Ukrayna Silahlı Qüvvələrinin nisbətən ləng irəlilədiyi barədə tənqidə cavab verib.
 
Onun sözlərinə görə, "müharibəni yaxından görməyən" insanlar əslində hücum edən tərəfin hansı dərəcədə təhlükə ilə üzləşdiyini anlamır.
 
Siyasətçi vurğulayıb ki, müharibə çağırışları və problemlərini daxili problemlərlə, məsələn, mülli hüquq və ya energetika sahəsində problemlərlə müqayisə etməyə dəyməz.
 
"Bu, başqa vəziyyətdir. Ona görə də mən düşünürəm ki, biz bu çağırışları müqayisə edə bilmərik", - Zelenski deyib və qeyd edib ki, bu ildə Ukrayna qüvvələrinin əkshücumunda böyük irəliləyiş olacağını "əslində heç kim bilmir". Lakin düşünürəm ki, biz daha çox uğura imza atacağıq", - o, deyib.
 
Zelenski həmçinin xatırladıb ki, Rusiya ordusunun daimi hücumları altında olan Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri, o cümlədən "Patriot" kompleksləri son dərəcə zəruridir. Ukrayna lideri vurğulayıb ki, onlar ölkənin mülki rayonlarını qoruyur.
 
Xatırladaq ki, Nyu-Yorkda Zelenskinin İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü baş tutub, bu, tammiqyaslı hərbi müdaxilə başlanandan ilk görüş olub.
 
Görüşdə qeyd olunub ki, İsrail humanitar məsələlərdə, o cümlədən piyadaəleyhinə minalarla mübarizədə Ukraynaya yardım göstərməkdə davam edəcək.