İranda məktəblərin açılması fonunda İran Azərbaycanında türk dilində təhsil qadağasına etiraz səsləri şəhərlər və sosial şəbəkələrdə yüksəlib.
Keçən günlər ərzində mədəni fəallar və Taktor komandasının azarkeşləri tərəfindən Urmiyə, Ərdəbil və Muğan kimi şəhərlər və bölgələrdə ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil olunub.
Araz News və Abbas Lisani Telegram kanallarında paylaşılan görüntülərə əsasən, Ərdəbil və Urmiyə şəhərlərində məhəllələr və məktəblərin önündə məktəbli uşaqlara kitablar hədiyyə edilib. Görüntülərdə uşaqlara "Şirin dilim", "Mən kiməm" və "Evlər" kimi kitablar dağıdıldığı görünür.
Bəzi şəhərlərdə isə divarlara türk dilində təhsil qadağasına etiraz məzmunlu şüarlar yazılıb.
Təbriz şəhərindən yayılan görüntülərdə divarlarda "Hanı ana dilim?", "İşıq hələ sönməyib, ana dilim ölməyib", "Türk dilində mədrəsə", "Dilim ölsə, mən də ölərəm" və "Türkcəmizi qoruyaq" kimi şüarların yazıldığı görünür.
Bir çox sosial media istifadəçisi isə məktəblərin açılmasından bir neçə gün öncədən başlayaraq türk dilində təhsil qadağasına etiraz məzmunlu paylaşımlar dərc ediblər.
Əvvəlki günlərdə də Ərdəbil vilayətində türk dil haqları fəalları və Traktor komandasının azarkeşləri keçən aylarda sel fəlakətindən xəsarət almış bölgələrdə uşaqlara türk dilində kitablar və məktəb ləvazimatı hədiyyə etmişdilər.