Şəfəqə Doğru » Manşet » Hacıqabulda yanğında beş nəfər həlak olub

Hacıqabulda yanğında beş nəfər həlak olub

Hacıqabulda yanğında beş nəfər həlak olub

Ötən gecə Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta yaşayış evində baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Baş Prokurorluğun məlumatında həlak olanların adları açıqlanıb: Mütəllim Məmmədov, Sara Abişova, Aybəniz Abışova, Zəhra Sadıqova və Elgün Sadıqova.

Digər zərərçəkən Şölə Həsənova xəstəxanaya çatdırılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Hacıqabul prokurorluğunda araşdırma aparılır.