Azərbaycanda “TikTok” sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair məlumatlar yayılıb.
Shafaqadogru.com bildirir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidmətindən bildiriblər ki, “TikTok” sosial şəbəkəsinə qoyulan məhdudiyyət aradan qaldırılmayıb.
Qeyd edək ki, Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.