Şəfəqə Doğru » Manşet » Meymun üç yaşlı qızı qaçırdı

Meymun üç yaşlı qızı qaçırdı

Meymun üç yaşlı qızı qaçırdı

Çində meymun üç yaşlı qızı qaçırıb. Modern.az xəbər verir ki, bu barədə “Asia One” portalı məlumat yayıb. Hadisə oktyabrın 21-də Quizhou əyalətində baş verib. Valideynlərinin ağacın altında tək qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında tapıb. “Asia One”ın məlumatına görə, qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub. Polis bildirib ki, hadisə ilə əlaqədar olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.