Ekspertdən SOS!: “Heç kəs sübut edə bilməz ki, o asılan kağız o bişən dönərə aiddir, ya yox...”
Zaman-zaman dönərxanalarla bağlı əhalinin şikayətləri olsa da, çox vaxt buna məhəl qoyulmur. Məsələ yalnız o zaman gündəmə gəlir ki, bununla bağlı konkret fakt olsun. Elə oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin 23 şagirdinin dönərdən zəhərlənməsi faktı da bunun əyani sübutudur.
Yada salaq ki, hadisə baş verən zaman məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verildi. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.
Düzdür, zəhərlənmə faktı aşkarlanan dönərxananın fəaliyyəti dayandırıldı. Amma bundan sonra yenidən eyni hadisənin baş verməyəcəyinə kim zəmanət verə bilər?!
“Hər gün minlərlə, on minlərlə aşağı gəlirli Azərbaycan vətəndaşının qidalandığı dönər məhsulu sağlamlığımız baxımından önəmli yerdə dayanır. Çünki hər gün acanda ondan qidalanırıq. Bəs hansı ətdən, hansı şəraitdə və hansı standartlarla hazırlanır bu əcəl dönərləri?? Hə, bax bu məsələ bütün əmmaların açar mövzusudur. Min dəfə təəssüf olsun ki, bu sualın cavabı yoxdur. Heç kim bilmir nədən hazırlanır. Yalançı sertifikatları asıblar o dönərxanalardan fəxri fərman kimi. Amma hər kəsə məlumdur ki, o sertifikatların hamısı yalançı və fırıldaq formallıqdan başqa heç nəyə yaramır. Çünki dönərxanada bəh-bəhlə yediyin həmin dönər ətinin mənşəyini, sağlamlıq dərəcəsini axtarıb tapmaq qaranlıq tuneldə iynə axtarmaq kimi bir şeydir.... Böyük, gənc, uşaq - bütün yaş kateqoriyalarında gündəlik istifadə olunan dönər ticarəti təəssüf ki, nəzarətsiz əzrayıl kimi cəmiyyəti dolaşır. Necə olur ki, bu dönər ticarətinə ciddi nəzarət mexanizmi yaradılmayıb? Axı gündəlik on minlərlə insanın istifadə etdiyi bu qida ticarəti üzərində nədən nəzarət yoxdur? Qida ekspertləri açıq şəkildə mətbuatda bəyan edirlər ki, ən təhlükəli, yararsız, ölmüş heyvan ətlərinin izi dönərxanalara gəlib çıxır. Bu "leş biznesi" sonda hamımızın sonuna çıxacaq, biz onun sonuna çıxa bilməsək də..." Bunu isə Bakı-xeber.com yazıb.
Dəfələrlə qida ekspertləri dönərxanalarla bağlı SOS siqnalı çalıblar. Məhz leş ətlərlə insanların günbəgün zəhərləndiyini də qeyd edib, buna əncam çəkilməsini tələb ediblər.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov da “Yeni Müsavat”a dedi ki, dönərxanalar cəmiyyətin bəlasına çevrilib: “Azərbaycanda 15 mindən çox dönərxana var. İllərdir biz bu məsələni təqib edirik. Mən AQTA-da iki il şura üzvü kimi dəfələrlə bu məsələni qaldırdım ki, biz dönərxanalarda monitorinqlər aparaq, müəyyən işlər görək. Lazım olsa, hamımız dəstək verək, nümunəvi dönərxanalar yaradaq, təbliğ edək ki, ora doğru yönəlsinlər. Ölkədə quş qripi tüğyan etdiyi zaman quş dönərinin satışı qadağan olundu. Hələ də o qadağa götürülməyib. Lakin biz görürük ki, hər yerdə toyuq dönərləri satılır. Ona görə toyuq dönərləri qadağan olunub ki, ümumiyyətlə, toyuq əti çox tez çirklənən məhsuldur və buradan çox ciddi zəhərlənmələr baş verə bilər. Lakin illər öncə Azərbaycanda yalnız iki müəssisəyə icazə verildi ki, həm toyuq, həm də mal ətindən dönər hazırlasın, lazımi səviyyədə standartlara cavab versin və dönərxanalara xüsusi rejimdə çatdırılsın. Bu müəssisələrdə çox bahalı dondurucular var. Dönərlər 40 dərəcə dondurulur, orada olan heyvan xəstəlikləri və digər təhlükəli bakteriyalar hamısı məhv olur, ondan sonra xüsusi qablaşdırılmış şəkildə "soyuq zəncir"lə avtomobillərə çatdırılır. Lakin bizim araşdırmamız göstərir ki, heç 0.5 faiz dönərxanalar oradan dönər almır. Yaxud bir dəfə alırlar, onun kağızını divardan asırlar, guya ki onlar daim oradan dönər alır. Heç kəs sübut edə bilməz ki, o asılan kağız o bişən dönərə aiddir, ya yox. Təsadüfi deyil ki, ölkənin hər yerində murdar ətləri, ölmüş, xəstə heyvan ətlərini, at-eşşək ətinin şəhərə daşınması da vaxtaşırı təqib olunur. Bu sahədə ən uğurlu işi DİN Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi görür. Onlar ekspertizalar, həbslər həyata keçirir. Lakin təəssüflər olsun ki, bu iş sona yetmir. Çünki tələb var. Fikrimcə, bu tələb dönərxanalarda yaranır".
Ekspert əlavə edir ki, dönərxanalar bu cür təhlükəli ətlərin reallaşdırma mənbəyidir. Dönərlər bişirilən zaman çölü qızarır, içərisinə isə yeni istilik keçir: "Ona istilik keçdikcə ətdə olan plazma, yəni su ilə qanın qarışığı tökülür siniyə, dönərçi qızardılmış əti o plazmada qarışdırır, heyvanın nə qədər xəstəliyi varsa, antibiotiklər, dərmanlar varsa hamısı tökülür o siniyə, qarışdırılıb istehlakçıya verilir. Burada kiçik yaşlı uşaqların həyatı təhlükədə qalır. Dönərxanalar əslində insanların tədricən zəhərlənmə mənbələridir. Bir çox ölkələrdə dönərlər istehsal olunur. Mərkəzi Avropa ölkələrində, İsveçrədə dönər yemişəm. Burada dönər oturaq yeməkdir, yeməyin bütün inqrediyentlərini görürsən. Lakin bizdə dönərxanalar elə bir şəraitdə bişirilir ki, istehlakçılar o tərəfdə nə baş verdiyini görə bilmir. Dönərxanalar üçün standartlar mövcuddur. İllər öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bununla bağlı standart hazırlayıb. Onlara qarşı gigiyenik və digər tələblər qoyulub. Lakin görək bu gigiyenik tələblərə əməl olunurmu? Dönərxanalarda işləyənlər həqiqi tibbi müayinədən keçirilirmi? Soyuq bir mühit varmı? Ətlərin mənbəyi məsələsi daim şübhə altındadır. Necə olur ki, ayranla dönər 1 manat 50 qəpiyə olsun?! İstehlakçılar dönər alan zaman mütləq ətin mənbə sənədlərini tələb etmə hüququna malikdirlər. Satıcıdan onun tibbi müayinədən keçib-keçməməsini soruşmaq, baxmaq hüququna malikdirlər. Hazırda kütləvi zəhərlənmələr baş verib. Zəhərlənmiş insanlara kompensasiyaların verilməsi də gündəmdə olmalıdır".
Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilir: “2023-cü ilin 9 ayı ərzində 12 çiy dönər istehsalı və 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 8 müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib”.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yeni Müsavat”ın dönərxanalarla bağlı ünvanlandığı sorğusuna cavab verib. Qurumdan bildirilir ki, ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər davam etdirilir: “Tədbirlər çərçivəsində 2023-cü ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 1 müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 8 müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib”.
Qurumdan o da bildirildi ki, yoxlamalar zamanı qida obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, çiy dönər ətinin müşayiətedici sənədlərinin (ekspertiza aktı, baytarlıq şəhadətnaməsi, çıxarış) olmaması, çiy dönər hazırlanan müəssisələrdə texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, dönərin hazırlanmasında istifadə olunan xammalın temperatur rejiminə əməl edilmədən saxlanılması, bişmiş dönərin realizə olunarkən temperatur rejiminə əməl edilməməsi, mənşəyi məlum olmayan xammaldan istifadə edilməsi, müəssisənin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün şəraitin təmin olunmaması və onların ilkin və dövri tibbi müayinədən keçməməsi, müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması kimi uyğunsuzluqlar aşkarlanıb.
Qeyd edək ki, “Multimonitorinq Planı”nın icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dönərxanalarda hazırlanan dönər məhsullarından 193 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 181 məhsul normativ sənədlərin tələblərinə cavab verib, 12 məhsulda uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkarlanan məhsul istehsal edən müəssisələr barədə qanunvericlik çərçivəsində zəruri tədbirlər həyata keçirilib.
Hazırda bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri daha da genişləndirilib. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində rastlaşdıqları onları narahat edən hallarla bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat versinlər. Bütün müraciətlərə dərhal operativ reaksiya verilərək, qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq”.