Şəfəqə Doğru » Manşet » Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirib

Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirib

Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirib

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb. APA-nın Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib. Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.