Saat 9:40 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin 9-11 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan Dövlət Universitetinin binalarından birində yanğın baş verməsi barədə məlumat daxil olub.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "Shamshyan.com" yazıb.
Hadisə yerindən verilən məlumata görə, yanıq xəsarətləri alan 3 nəfər xəstəxanaya çatdırılıb.
Yanğınsöndürənlər binanın içərisində axtarış işləri apararkən bir nəfərin meyitini aşkarlayıblar. Bundan başqa, bir patrul əməkdaşı təxliyyə işləri apararkən tüstüdən zəhərlənib.
İrəvan Dövlət Universitetindəki mənbə bildirib ki, ölən şəxs abadlıq işçisi olub.