Paytaxt bazarlarında hazırda kartof məhsulu bolluğuna görə digərlərindən fərqlənir. Yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin çoxalacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb.
Ekspertlər qeyd edirlər ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir.
Shafaqadogru.com xəbər verir ki, bazarlarda məhsul bol, qiymət isə fərqlidir. Kartofun kiloqramı 60 qəpik - 1 manat 20 qəpik arasında dəyişir.
Amma alıcıların bəzisi marketdə məhsulun daha ucuz olmasını qeyd edir, digəri çeşidlənmənin keyfiyyətindən, bir qismi də qiymətdən narazılıq edir.
Satıcılar isə kartofun ucuz olduğunu, bölgələrdə bu il məhsulun daha bol olduğunu deyirlər.