Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir".
Shafaqadogru.com xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb.
İlham Əliyev vurğulayıb ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir.
"Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox vacibdir. Qadınların kolonizasiyaya qarşı mübarizəsi dəstəklənməlidir. İnanıram ki, bu müzakirələr kolonializmə qarşı mübarizəmizi daha da dəstəkləyəcək", - dövlət başçısı qeyd edib.
Müraciətdə bildirilib ki, hazırda Fransa 13-dən çox ərazini müstəmləkə kimi saxlayır və onların daxili işlərinə müdaxilə edir:
"Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələr Fransaya məxsusdur. Fransa uzun illərdir ki, insanların var-dövlətini istismar edir, orada müharibə şəraiti yaradır. Fransa aktiv şəkildə afrikalıların başqa ölkələrə satılması istiqamətində çalışırdı. Mən Fransanın bəşəriyyətə qarşı törətdiyi cinayətlərlə bağlı faktlar göstərmişdim".