Şəfəqə Doğru » Manşet » Putin adamyeyən satanisti əfv etdi...-"Vətən qarşısındakı xidmətlərinə görə..."

Putin adamyeyən satanisti əfv etdi...-"Vətən qarşısındakı xidmətlərinə görə..."

Putin adamyeyən satanisti əfv etdi...-"Vətən qarşısındakı xidmətlərinə görə..."
Cinayəti törədən şəxs pişikləri, itləri və insanları öldürən bir sektanın üzvü olub və onun qurbanlarından birində 666 kəsik aşkar edilib. Lakin Putin üçün bunun əhəmiyyəti yoxdur.
 


Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.


Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə iştirak etdiyi üçün 20 il müddətinə azadlıqdan məhrum edilmiş satanist qatili əfv edib.
 
Shafaqadogru.com xəbər verir ki, İsrail mediası bu barədə Rusiya mətbuatına istinadla məlumat yayıb.
 
Qatil  2006-cı ildə Yaroslavl şəhərində yaranmış satanist sektasının üzvü olub. Əvvəlcə onun iştirakçıları pişik və itlər üzərində öz “rituallarını” yerinə yetirərək heyvanları öldürürdülər. Lakin zaman keçdikcə ən azı dörd yeniyetməni qətlə yetirərək insanlarla "məşğul olmağa” başlayıblar. Əvvəlcə onlara spirtli içki içirdiblər, sonra isə kimsəsiz yerə apararaq bıçaqla qətlə yetiriblər...Qurbanlardan birinin bədənində 666 kəsik olduğu iddia edilir. Qətllər həyata keçirildikdən sonra qurbanlar parçalanıb, bəziləri hətta qismən yeyilib. Qalıqlar cinayət yerinin yaxınlığında basdırılıb.
 
Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları təriqət üzvlərini aşkar edərək onları qətldə, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhddə ittiham etməyə nail olublar. 2010-cu ildə regional məhkəmədə hökm elan edilib və "Qraf" ləqəbli Nikolay Ogolobyak ən uzunmüddətli cəza alıb...
 
O, təriqət üzvlərini  öz şəxsi mənzili ilə təmin edib, vəhşiliklərdə ən fəal şəkildə  iştirak edib. Oqolobyak 2030-cu ilə qədər həbsxanada yatmalı idi...
 
Oqolobyakın atasının sözlərinə görə, oğlu altı ay "Fırtına Z" dəstəsində xidmət edib.  Döyüşlərdə ağır yaralanıb əlil kimi tanındıqdan sonra hannibal-satanist Rusiyaya qayıtdı. Ukraynadakı müharibənin digər iştirakçılarının ardınca o da Putindən əfv alıb.
 

Bundan əlavə, "UNİAN"-ın yaydığı məlumata görə, Permdə 2022-ci ildə bir qızı zorlayıb öldürən Artyom Buçin də azadlığa buraxılıb. Məhkəmə prosesində prokuror onun üçün ömürlük həbs cəzası istəyib, lakin Buçin, nəhayət ,bir il sonra "Vaqner"in tərkibində döyüşərək özünün azadlığına nail olub.

Həmçinin, iki Kaluqa qatili və təcavüzkarı Yevgeni Tatarintsev və Vladislav Korobenkov da "Vaqner"də xidmət etdikləri üçün sərbəst buraxılıblar. Hər ikisi də qardaşları ilə birlikdə qətllərdə iştirak ediblər. Küçədə rastlaşdıqları qızları həm zorlayıb, həm də öldürüblər. Medianın yazdığına görə, Korobenkovun öldürdüyü qurbanın anasına qatildən təzminat pulu ödənilməsi dayandırılıb və nəticədə onun Putin tərəfindən əfv edildiyi üzə çıxıb...

Rusiya işğalçıları evlərinə qayıtdıqdan sonra insanları öldürürlər..

Rusiya mətbuatının yazdığına görə, ilin əvvəlindən oktyabr ayına olan məlumata görə, Ukraynaya qarşı müharibədə iştirak edən və Rusiya Federasiyasına qayıdan rus işğalçıları və yarımhərbiləşdirilmiş strukturların muzdluları azı 27 nəfəri öldürüb. Bu hadisələrin əksəriyyətində "vaqner"çilər günahlandırılır...