Şəfəqə Doğru » Manşet » "Rusiya bir gecədə Ermənistanı yox edə bilər" - ŞƏRH

"Rusiya bir gecədə Ermənistanı yox edə bilər" - ŞƏRH

"Rusiya bir gecədə Ermənistanı yox edə bilər" - ŞƏRH

“Hazırda Ermənistanın Rusiya ilə münasibətləri çox gərgindir. Deyərdim ki, gərginlik hətta pik həddədir. Ermənistan öz mövcudluğunu Rusiyaya borcludur. 105 ildir ki, Ermənistanı dövlət kimi saxlayan Rusiyadır. Bunun əvəzində indi onun üzünə ağ olur, əleyhinə siyasət aparır. Rusiya Ermənistanın xəyanətini görür və vaxtı çatanda onu ciddi cəzalandıracaq”.

Bu fikirləri Bakupost.az -a politoloq Cümşüd Nuriyev bildirib.
O vurğulayıb ki, 2044-cü ilə qədər Rusiya hərbi bazası Ermənistandan çıxmayacaq:
“Əslində Rusiya üçün Ermənistanı işğal etmək su içimi kimi bir şeydir. Bir gecədə Ermənistanı yox edə, silə bilər. Ermənistanda bunu yaxşı bilir və Rusiyadan ehtiyat edir. Ona görə də ermənilər çalışırlar ki, ABŞ onları qorumaq üçün nəsə etsin”.