Uzun illər yollarının nə vaxd asfaltlanacağını gözləyən ,ölkəmizin 3-4 ən böyük kəntlərindən biri, əhalisinin sayı on mindən çox olan, Qazax rayon Daş Salahlı kəndinin dərdləri bitmir. Belə ki ,mərkəzi kücəsi cox genişdir.Bu çox yaxşı. Kəndin bu gün mərkəzi küçəsinin belə asfalt olması artıq bir baş bəlasına çevrilib.Çünki, mərkəzi küçəyə kənd camaatı çıxmağa qorxur. Kəndin bu yollarında nə radar ,nə də tranpilin olmadığından aftomobillərin sürətlə hərəkət etməsi ucbatından demək olar ki ,tez-tez qəzalar baş verir.Düzdür bəzən Qazax rayon DYP əməkdaşları arada sırada kəndin arasında görünürlər və beş –üç nəfəri cərimə edib gedirlər.Amma bu azdır. Çünki , gün ərzində adı çəkilən yolla aftomobillər gecə-gündüz hərəkətdədir və hər an qəza təhlükəsi gözlənilir.Daş Salahlı kənd camaatı bu qəzaların baş verməsindən artıq zinhara gəlib.Yaxın günlərdə kütləvi imzalarla ölkə rəhbərliyinə və Daxili İşlər Nazirl cənab Vilayət Eyvazova Daş Salahlı kəndinin mərkəzi küçəsinə bir neçə yerdən tranpilinlər və radarlar qoyulmasını xahiş etmək fikrindədirlər.Bu barədə öncədən qəzetimizə kənd ağsaqqalları tərəfindən bir neçə dəfə müraciət ediblər ki , qəzetimiz vasitəsi ilə adı çəkilən qürumlara müraciətlərini bildirək.Odur ki , biz də, qəzetimiz vasitəsi ilə bu məsələni içtimaləşdirməyi özümüzə borc bildik.Yəqin ki , başda Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla, aidiyatı qürumlar Daş Salahlı kənd camaatının müraciətini nəzərə alaraq ,yaxın günlərdə kəndin mərkəzi yoluna tranpilinlər yaxud da, radarlar qoyacaqlarına ümid edirik.
Neymət Novruzlu