Qocaman bir KGB əməkdaşı deyirdi ki, heç bir məlumata skeptik, barmaqarası yanaşmaq lazım deyil. Ona görə ki, ilk baxışdan ən absurd kimi görünən məlumatın belə sonda həqiqət olduğu üzə çıxa bilər.
İkinci səbəb isə həmin məlumatın yanlış (dezinformasiya) kimi ortaya atılmasını araşdırdıqda gizlədilən həqiqətləri tapmaq mümkündür. İllərdir bu qaydaya riayət etməyə çalışır və hər dəfə də bunun nə dərəcədə vacib olduğunu anlayıram.
Beləliklə, bir neçə il bundan əvvəl bəzi erməni resursları "DQR Dövlət Təhlükəsizlik Xidmətinin" rəisi olmuş Kamo Ağacanyanın azərbaycanlı olduğunu və onun (ata bir) qardaşının Azərbaycan Ordusunun yüksək rütbəli zabiti olduğunu iddia edirdi.
44 günlük müharibədə Azərbaycanın qələbəsinin ardınca "əcinnə ovuna" çıxan erməni mediasında "DQR" rəsmilərinin haqqında ifşaedici məlumatların yayılması geniş vüsət aldı. O cümlədən də Kamo Ağacanyanın.
Məlumatların bir hissəsində deyilirdi ki, onun korrupsiya yolu ilə əldə etdiyi sərvəti əsasən Hadrutda müxtəlif obyektlərin tikintisinə, o cümlədən də nəhəng bir villanın inşa edilməsinə investisiya olunub.
Bu günlərdə məlum oldu ki, Kamo Ağacanyanın Hadrutda tikdirdiyi həmin villaya Azərbaycan ordusunun bir generalı sahiblənib. İllər öncə erməni mediasının Kamo Ağacanyanın qardaşı olduğunu iddia etdiyi generalın əlbəttə.
Mövzuya qayıdacağam.
Ərəstun Oruclu