Şəfəqə Doğru » Manşet » İşlə təmin edilən əlilllərin sayı açıqlandı

İşlə təmin edilən əlilllərin sayı açıqlandı

İşlə təmin edilən əlilllərin sayı açıqlandı

Bu günədək Dövlət Məşğulluq Agentliyi vasitəsilə 6 763-dən çox əlilliyi olan şəxs işlə təmin edilib.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı dekabrın 5-də Bakıda keçirilən "Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması" mövzusunda tədbirdə məlumat verib.

 

Qeyd olunub ki, işsiz və işaxtaran şəxslərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatında mühüm rola malik olan "İşsizin DOSTu" proqramı çərçivəsində bu il 5 157 şəxs işlə təmin edilib və proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən həssas qruplardan biri də əliliyi olan şəxslərdir. Belə ki, proqrama cəlb olunan əlilliyi olan şəxslərin sayı 625 nəfər təşkil edib. Eyni zamanda bu il ərzində ümumilikdə 346 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

 

Vurğulanıb ki, özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. Bu il müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1 115 nəfərdən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.