Şəfəqə Doğru » Manşet » Rusiyada prezident seçkilərinin vaxtı rəsmən TƏSDİQLƏNDİ

Rusiyada prezident seçkilərinin vaxtı rəsmən TƏSDİQLƏNDİ

Rusiyada prezident seçkilərinin vaxtı rəsmən TƏSDİQLƏNDİ

Rusiyada gələn il keçiriləcək prezident seçkilərinin tarixi təsdiqlənib.


Shafaqadogru.com  xəbər verir ki, Rusiya Federasiya Şurası bu barədə qərar qəbul edib.

Qərara əsasən, Rusiyada növbəti prezident seçkiləri gələn ilin 17 mart tarixində keçiriləcək.

"Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilsin. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir", - qərarda deyilir.
 

Rusiya Federasiyası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq prezidenti seçkilərinin təyin edilməsi Federasiya Şurasının müstəsna səlahiyyətidir.