Dövlət Baxçalının lideri olduğu MHP-nin Kocaelidən millət vəkili olan Saffet Sancaklı partiyasından istefa verib.
Shafaqadogru.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, onu istefaya məcbur edən partiya ldieri Baxşalı olub.
Bu barədə o, istefa açıqlamasında da etiraf edib: “Üzvü olmaqdan şərəf duyduğum Milliyyətçi Hərəkat Partiyasının üzvlüyündən hörmətli sədrimizin göstərişi ilə istefa verirəm. Liderimiz cənab Dövlət Baxçalıya sədaqətimin barışmaz şəkildə davam edəcəyini bəyan edir və hörmət və ehtiramımı bildirirəm".
Xatırladaq ki, Saffet Sancaklı 31 mart 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərini nəzərdə tutaraq, Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqına belə açıq və gözlənilməz mesaj vermişdi: "Əgər bu seçkidə Kocaelidə MHP-yə heç olmasa bir bələdiyyə sədri yeri verilməzsə, seçki prosesində məni və partiyamızın bazasını bu şəhər və rayonlaırnda görə bilməyəcəklər. Bizim bazamız qətiyyətlə seçki prosesində yerlərdə təbliğatda ürəkli şəkildə yer almayacaqlar. İttifaq isə burada ən azı 4-5 bələdiyyəni itirəcək..".
Deputatın bu açıqlaması ölkə siyasətində "tufan qoparıb".
MHP lideri Dövlət Baxçalı isə Sancaklıya sərt xəbərdarlıq edib: "Futbol həyatında 3 böyük klubda oynamaq ənənəsini siyasətdəmi davam etdirmək istəyir? Seçim onundur".
Məlumata görə, məhz bundan sonra MHP lideri onu istefaya məcbur eləyib.
Tahir Şəlvəli
MİA.AZ