“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi”. Shafaqadogru.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın indiki hakimiyyəti (2023-cü ilin payızında) Dağlıq Qarabağı ləğv edib. Amma əslində proses 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu”, - deyə Ermənistanın Baş naziri vurğulayıb. Paşinyan bildirib ki, indiki hakimiyyətin təqsiri odur ki, onlar xalqla bu barədə danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib: “Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistana və xalqına 30 il əvvəl həll olunmayan bir problemə sadəcə vaxt itirmək, resurs sərf etdiyimizi bildirmək demək idi”.