Şəfəqə Doğru » Manşet » Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Shafaqadogru.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki Qərar 2024-cü il 2 yanvar saat 06:00-dək olan dövrü əhatə edib.