Dializ xəstələri seanslar arasında vaxtın çox olduğundan gileylənirlər. Həftənin üç günü onlara dializ seansı təyin edilir. Əgər sonuncu dializ xəstəyə beşinci və yaxud altıncı gün təyin edilirsə, xəstə bundan sonra iki gün yarım gözləməlidir.
Xezerxeber.az-ın məlumatına görə, bəzi dializ xəstələri isə bu qədər müddəti gözləyə bilmədiklərini deyirlər.
Mövzuya münasibət bildirən Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib ki, dünya təcrübəsində dializin tətbiq olunma müddəti xüsusi protokolla təsdiqlənir. Bu, həftədə üç dəfədən artıq ola bilməz.
F.Babayev qeyd edib ki, böyrək çatışmazlığı xəstələliyindən əziyyət çəkən şəxslər seansını vaxtında almalı, mütəxəssislər tərəfindən təyin olunan rejimə ciddi əməl etməlidirlər.
O, xəstələrin dializlə təminatı məsələsində əvvəlki illərlə müqayisədə ciddi problem olmadığını desə də, əlavə edib ki, Bakıda xəstə sayı regionlara nisbətən çoxdur.
Qeyd edək ki, hazırda Azərbaycanda 51 dializ mərkəzi fəaiyyət göstərir. Bu mərkəzlərdə 3072 xəstə dövlət hesabına dializlə təmin olunub. Dializ xəstələrinin təminatı tam dövlət tərəfindən aparılır. Bir dializ xəstəsi 140 seans müalicə qəbul edir və bunun bir nəfərlik xərci illik 13 500 manat hesablanır.